Özünü erməni sayan müğənni Bakıda konsert verəcək

Özünü erməni sayan müğənni Bakıda konsert verəcək

Hazırda oxunan: Özünü erməni sayan müğənni Bakıda konsert verəcək

241543

Rusiyalı pop müğənnisi, teleaparıcı və aktyor Aleksey Çumakovun Bakıda konserti keçiriləcək.

Bizim.Media xəbər verir ki, ifaçı müsahibələrinin birində özünü daha çox erməni saydığını etiraf edib. Belə ki, onun atası bolqar olsa da, anası ermənidir.

Müğənni ana tərəfdən nənə və babasının Qarabağ ermənisi olduğunu xatırladıb, Səmərqənddə doğulmasına baxmayaraq öz tarixi köklərinə bağlı olduğunu qeyd edib.

Aleksey Çumakovun Bakı konserti aprelin 20-nə planlaşdırılıb.

Qeyd edək ki, Çumakovun 2020-ci ildə də Bakıda konserti keçirilmişdi. (Oxu.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO