"Keyfiyyətli musiqiçilərin hamısı ucuz saraylarda çıxış edir. Amma kimin ki, sənəti yoxdur, ortada qalmışdı, "qıjı"dır, bir-iki "həci" ilə qabağa gedib, bir-iki mahnı ilə bərk gedən saraylarda çıxış edir".
Bizim.Media xəbər verir ki, bu sözləri şair və qiraətçi Nazilə Səfərli instaqram səhifəsində yayımladığı videoda deyib.
Sənətçi bildirib ki, bayağı ifaçıların sayını çoxaldan zövqü olmayan imkanlı şəxslərdir:
"Bu gün mənə Moskvadan çox varlı bir insan toyla bağlı zəng etdi. Nə qədər elədim amma ona keyfiyyətli musiqiçini sata bilmədim. Sual verdim ki, zövqün kimdir? Mənə dörd müğənninin adını çəkdi. Onlardan heç birinin nə səsi, nə də ki mədəniyyəti var. Sadəcə bahalı geyim altında maskalanmış, fonoqram səs var. Yəni belə müğənnilərə 8-10 min manat pul verirlər. Amma əsl səsi və sənəti olan müğənniyə o pulu vermirlər. Deməli "qıjı" müğənnilərin sayını çoxaldan kimdir, "qıjı" varlılar. Bayquşlar! Zövqünüz yoxdur, onu inkişaf etdirin".
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:44 / 29.03.2025
Nazilə Səfərli: Bayağı müğənnilərin sayını çoxaldan zövqsüz varlılardır
Hazırda oxunan: Nazilə Səfərli: Bayağı müğənnilərin sayını çoxaldan zövqsüz varlılardır
Hazırda oxunan: Nazilə Səfərli: Bayağı müğənnilərin sayını çoxaldan zövqsüz varlılardır
241503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.