"Qəlbimdə biri yoxdur. Mən çətin insanam. Həmin şəxs ancaq mənə dəstək olmalıdır, nə desəm onu etməlidir, mənim sözümdən inciməməlidir. Üstünə qışqırsam, əsəbiləşsəm, o mənə cavab qaytarsa, bu düz deyil, davaya çevrilə bilər. Bununla da hər şey məhv ola bilər".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mirkamil Kamilov "Qonaqcanlı" verilişində deyib.
O, ailə həyatı qurması ilə bağlı sualı cavablandırarkən bunları deyib:
"Ailə həyatı qurmaq vacibdir. Qardaşlarım arasında da subay olanları var. 4 qardaşımdan biri evlidir, mən və iki qardaşım subaydır. Onlar da düşünürlər ki, bizim qardaşımız niyə evlənmir? Deyirəm ki, məni gözləməyin, evlənmək istəyirsiniz, evlənin".
Qeyd edək ki, Mirkamil Kamilov Xalq artisti Mələkxanım Eyubovanın bacısı oğludur. Mirkamil son illərdir səhnədən uzaqlaşıb. Heç bir proqrama çıxmayan müğənni 2014-cü ildə ürəyindən əməliyyat olunub. Sənətçi 2018-2019-cu illərdə sosial şəbəkədəki qəribə paylaşımları ilə gündəmə gəlmişdi. Hazırda o, bütün sosial şəbəkə hesablarını silib.
Xatırladaq ki, illər əvvəl o, nikahdankənar Sayra adlı qızının olduğunu açıqlamışdı. (axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:04 / 28.03.2025
Mirkamil illər sonra şəxsi həyatından danışdı
Hazırda oxunan: Mirkamil illər sonra şəxsi həyatından danışdı
Hazırda oxunan: Mirkamil illər sonra şəxsi həyatından danışdı
241363
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.