Aktyor Taleh Yüzbəyovun bloger xanımı Xatirə Yüzbəyova sosial şəbəkələrdə tənqid olunub.
Bizim.Media xəbər verir ki, buna səbəb Xatirənin təyyarədən paylaşımı olub. Parisə uçan bloger çəkdiyi videoda bunları söyləyib:
“Biz ən axırda, quyruqda əyləşmişik. Bayaq Talehə deyirəm ki, biz ölsək, sağ qalacağıq. Cümləyə baxın. Allah uzaq etsin. Düzdür, hər dəfə ağlımıza belə şeylər gəlir. Amma mən təyyarədən qorxmuram, heç vaxt qorxum olmayıb. Lakin son hadisələrdən sonra bir az qorxum qalıb”.
Lakin sosial şəbəkə istifadəçiləri təyyarə qəzası ilə bağlı mövzuya Xatirənin gülərək video çəkməsini qınayıb.
Onlar Aktau yaxınlığında baş verən qəzanı və həlak olanları xatırladaraq bu videonun düzgün olmadığını yazıblar.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
20:25 / 27.03.2025
“Təyyarənin quyruğundayıq, sağ qalacağıq” – Talehin xanımının sözləri müzakirə yaratdı - VİDEO
Hazırda oxunan: “Təyyarənin quyruğundayıq, sağ qalacağıq” – Talehin xanımının sözləri müzakirə yaratdı - VİDEO
Hazırda oxunan: “Təyyarənin quyruğundayıq, sağ qalacağıq” – Talehin xanımının sözləri müzakirə yaratdı - VİDEO
241233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.