Kamilin oğlu dünyaya gəlib? – Özündən AÇIQLAMA

Kamilin oğlu dünyaya gəlib? – Özündən AÇIQLAMA

Hazırda oxunan: Kamilin oğlu dünyaya gəlib? – Özündən AÇIQLAMA

240804

Tanınmış məşqçi Kamil Zeynallının oğlan övladının dünyaya gəldiyi iddia olunub.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Kamil özü paylaşım edərək xəbərləri yalanlayıb:
 

“Mənim oğlum olub, özümün xəbərim yoxdur! Nə qədər yalan məlumat yayan səhifələr var… Üstəlik, buna inananlar da tapılır. Çox savadsız və düşüncəsiz adminlər var. ‘Kamil Zeynallının oğlu dünyaya gəlib’ – deyə yazıblar. Hələ üstəlik, zəng vurub soruşanlar da var, təbrik edirlər. Uşağın yerini deyin, mən də gedib görüm!”.


Qeyd edəki ki, Kamilin müğənni Gülay Zeynallı ilə evliliyindən bir qız övladı var.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO