Nəhayət evlənirlər... - FOTO

Nəhayət evlənirlər... - FOTO

Hazırda oxunan: Nəhayət evlənirlər... - FOTO

240700

Dünyanın ən varlı adamı və “Amazon”un yaradıcısı 61 yaşlı Ceff Bezos uzun müddətdir birlikdə olduğu sevgilisi 55 yaşlı Lauren Sançezlə evlənir.

Bizim.Media “People” nəşrinə istinadən xəbər verir ki, cütlük bu yay Venesiyada (İtaliya) toy edəcək.
 

Sançez və Bezosun artıq toy dəvətnamələrini göndərməyə başladığı bildirilir.


Qeyd edək ki, milyarder və sevgilisi 2019-cu ildən birlikdədir.

Xatırladaq ki, Bezos daha əvvəl Makkenzi Skottla evli olub. Onların 25 illik evliliyindən dörd övladı dünyaya gəlib. Ayrılığa səbəb Bezosun ona L. Sançezlə xəyanət etməsi olub.

Boşandıqdan sonra Bezos keçmiş xanımına “Amazon” səhmlərinin bir hissəsini verib, bu da Skottu dünyanın ən zəngin qadınlarından biri edib.

L.Sançez isə iki dəfə ailəli olub. Onun üç övladı var.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO