"O gün bir söz demişəm, yazıblar ki, “baxın, rəzalət, niyə belə deyib”. 3 oğlum var, qızım yoxdur. Mənə gəlinlərim baxmalıdır, səhv demişəm?".
Bizim.Media xəbər verir ki, Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Günaydın, Azərbaycan" verilişində deyib. O, bir müddət əvvəl gəlinlərinin ona xidmət etməli olması ilə bağlı fikirlərinə aydınlıq gətirib:
"Əziyyət çəkmişəm, saçımı ağartmışam, ömrümü yollarda keçirib onlara təhsil verib
oxutmuşam. Bütün qız anaları yazıb ki, ayıb olsun sənə, səndən heç gölməzədik. Ümumiyyətlə mən gənc olanda gəlinim niyə mənə xidmət etməlidir? Mən heç indi də qoymuram köməkçim süfrə yığsın, özüm edirəm. Bunu o mənada demişəm ki, bir gün mən qocaldım, Allah uzaq etsin, xəstə oldum, gəlin dayanacaq eləcə? O mənə xidmət etməlidir. Sevdiyi oğlanın anasına qulluq etməlidir. Niyə biz sevdiyimiz üçün hər şeyə gedirik, gəlin getməməlidir?
Kimsə mənim oğluma qız vermək istəmir, verməsin. Bir dənə söz demişəm, adamı söydürəcəklər. Mən deməmişəm, əlim-ayağım tutsun, gəlin də gəlib mənə qulluq etsin. Əsla. Yaşlıyamsa, oğlumu sevən qız onun anasını da sevməlidir. İki cür ana var: övladını atan, mən onlara xidmət etmərəm, biri də var, övladı üçün ömrünü, həyatını məhv edən ana. Bəri başdan deyirəm, heç kəsin qapısına gəlib yalvarmıram, pis qayınanayamsa, oğluma qız verməyin". (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
06:17 / 23.03.2025
"Pis qayınanayamsa, oğluma qız verməyin"
Hazırda oxunan: "Pis qayınanayamsa, oğluma qız verməyin"
Hazırda oxunan: "Pis qayınanayamsa, oğluma qız verməyin"
240585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.