"Vaqif Gərayzadə, Cavanşir Quliyev, Eldar Mansurov - bu üç şəxs mənim həyatımda önəmli insanlardır".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Qonaqcanlı" verilişində qonaq olarkən deyib. Pop kraliça Vaqif Gərayzadə ilə tanışlığını belə xatırlayıb:
"Son zəng”dən sonra elə məktəb formasında düz İncəsənət Universitetinin arxasındakı məşq yerinə getdim. Dedim ki, mən oxumaq, sizinlə çalışmaq istəyirəm. Vaqif müəllim hələ mənə qulaq asmayıb mahnı verirdi. Bu, tilsimli məqam idi. Birdən ayıldı ki, dayan görüm, oxuya bilirsən, nə ifa edəcəksən? Rasim İmanovun "Gerçəklərim yalan oldu" mahnısını pianinoda ifa etdim. Sonra özü çaldı, mənə onu oxu, bunu belə oxu dedi. Və həmin gün mənə 2 mahnı verdi”.
Kazımova Xalq artisti Alim Qasımovla bağlı xatirəsini bölüşüb:
"Aypara" qrupunda adətən dəyişməz solist Alim Qasımov olaraq qalırdı. O, olmayanda Elçin Cəlilov olurdu. Allah ona rəhmət eləsin. Adətən estrada mahnılarını Alim Qasımova mən göstərirdim. Nə qədər də olmasa, muğam ifaçısı üçün estrada mahnısının ritmləri onlara yad janrdır deyə, bu tərzdə mahnı ifa etmək bir az çətin gəlirdi. Bu məqamlarda Alim Qasımova mən müəllimlik edirdim. Böyük çıxmasın. Mahnını kontasını, melodiyasını ifa edirdim ki, yadında qalsın.
Adətən Vaqif müəllim yeni mahnılarını mənə göstərirdi, onları əzbərləyirdim. Bütün mahnıları gözəl, qəşəng, səliqəli şəkildə dəftərlərə yazırdım. Mən gələnə qədər Vaqif müəllimin bütün mahnı sözləri vərəqlərdə, dağınıq şəkildə idi. Gəldim, səliqə yaratdım, əlaçı olmuşam axı, hamısını səliqəli yazırdım. Adları, başlıqları ilə qırmızı qələmlə altından xətlər çəkirdim. Birinci kuplet, ikinci, nəqarət və sair. Beləcə, Vaqif müəllimin gözəl bəstələrinin hamısını bir yerə cəmləyirdim. Elə bil bir növ Vaqif müəllimin köməkçisi idim. O, bizə dərs olaraq tapşırırdı ki, görkəmli muğam ifaçılarımızı, dünya ulduzlarını, əsas caz ifaçılarını dinləyin. Mən, Zülfiyyə Xanbabayeva, bütün komanda onun sözünə qulaq asırdıq”. (axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
19:37 / 20.03.2025
“Bu üç şəxs mənim həyatımda önəmli insanlardır”
Hazırda oxunan: “Bu üç şəxs mənim həyatımda önəmli insanlardır”
Hazırda oxunan: “Bu üç şəxs mənim həyatımda önəmli insanlardır”
240305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.