Aysun: “Xəyanəti bağışlamaram” – VİDEO

Aysun: “Xəyanəti bağışlamaram” – VİDEO

Hazırda oxunan: Aysun: “Xəyanəti bağışlamaram” – VİDEO

240268

Bir müddət öncə vəkil həyat yoldaşı Ramil Vəliyevdən ayrılan müğənni Aysun İsmayılova açıqlamaları ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, o, “Tarixin bir günü” verilişində qonaq olarkən xəyanət barədə danışıb:

“Xəyanəti heç vaxt keçmərəm. Bu günə qədər də keçməmişəm. Mən o qədər zəif qadın deyiləm ki, kimisə məndən artıq tutub kiməsə getsinlər. Gedirsə də, qapılar açıqdır, yaxşı yol. Xəyanəti edən insan itirmiş olur və özü-özünü aldadır.

Sevdiyim insanın ürəyi başqasını istəyib, gedibsə, deməli o ürəkdə mən yoxam. Başqasına toxunub sonra mənə toxuna bilməz. Özümü kirli hiss edərəm, o insandan diksinərəm. Gözümün önünə gətirərəm ki, mənimlə yaşadıqlarını başqası ilə də yaşayır. O an onu bitirərəm”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO