Aktyor Elməddin Cəfərov həmkarı Fərda Xudaverdiyevdən incikliyindən danışıb.
Bizim.Media xəbər verir ki, Elməddin bu haqda "Künc-bucaq" yutub layihəsində bəhs edib.
O bildirib ki, Fərdanın onun haqqında dediyi "Elməddin torbamı tikib" sözlərindən inciyib:
"Fərdanı çox istəyirəm. "Stand up"da Azərbaycanda bir nömrədir. Uzun illər dostluğum olub. Üzüldüyüm nöqtə var idi:
Ən yaxın dostum gedib haqqımda elə danışmamalıdır. Məni hamı tanıyır. Elə xasiyyətdə biri deyiləm. Heç kimin çörəyini kəsməmişəm. Haqqımda bu söz deməyin məni incitdi. Qardaş kimi sənin yanında olmuşam. Tolikin verilişində gedib şou düzəltdi. Mənə zəng etdilər, cavab vermədim".
Qeyd edək ki, onlar arasındakı incikliyə səbəb "Qara-qura" layihəsi olub.
"Fərda ilə bir işləyəcəkdik. Bu üçlüyə görə layihəmi bağladım və gəldim. Son anda Fərda getdi başqa yerə. Bizim gördüyümüz iş dayandı. Sonra bağışlayırsan. Amma eşidirsən ki, Fərda deyir, Elməddin "torbamı tikib". Üzüldüm. Mən səni xilas etmək üçün dağa dırmaşıram. Sən isə deyirsən, sərin hava istəyirdi deyə dırmaşdı. Təşəkkür etmə, amma belə danışma",- deyə Elməddin bildirib. (Musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:47 / 16.03.2025
Elməddin Cəfərov Fərda Xudaverdiyevdən niyə inciyib?
Hazırda oxunan: Elməddin Cəfərov Fərda Xudaverdiyevdən niyə inciyib?
Hazırda oxunan: Elməddin Cəfərov Fərda Xudaverdiyevdən niyə inciyib?
239594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.