Aparıcı Mətanət Əliverdiyeva ötən gün yayımlanan "Xəzər axşamı" verilişindən sonra telefonunun susmadığını bildirib.
Bizim.Media xəbər verir ki, o, bunun səbəbini bugünkü proqramında belə izah edib:
"Dünən Nazilə Səfərli verilişimdə qonaq olarkən soruşdu ki, oğlunun neçə yaşı var? Hələ evləndirmirsən? Cavab verdim ki, artıq 32 yaşı var. Mən evlənəsi deyiləm ki, nə vaxt münasib bir qız çıxsa, ailə quracaq. Sonra Nazilə mənə söz atdı ki, 27 yaşında yaxşı bir qız tanıyıram.
Vəssəlam, dünəndən nə Nazilənin, nə də mənim telefonum susur.
Oğlum Oqtay da zəng edib ki, "Görənlər məni toyun olacaq deyib, təbrik edirlər. Mən də qalmışam belə ki, nə toy?". Deyirlər qız evində toydur, oğlanın xəbəri yox. Təki yalan yox, gerçək olsun". (Axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
11:37 / 13.03.2025
Mətanət oğlunu evləndirir? - "Dünəndən telefonum susmur"
Hazırda oxunan: Mətanət oğlunu evləndirir? - "Dünəndən telefonum susmur"
Hazırda oxunan: Mətanət oğlunu evləndirir? - "Dünəndən telefonum susmur"
239086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.