Şahzadə Harrinin həyat yoldaşı Meqan soyadını dəyişdi - FOTO

Şahzadə Harrinin həyat yoldaşı Meqan soyadını dəyişdi - FOTO

Hazırda oxunan: Şahzadə Harrinin həyat yoldaşı Meqan soyadını dəyişdi - FOTO

237662

Sasseks hersoqu Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl soyadını dəyişdirərək Sasseks edib.

Bizim.Media xəbər verir ki, o bu məlumatı “Netflix”də yayımlanan “Love, Megan” verilişinin ikinci bölümündə açıqlayıb.

Amerikalı teleaparıcı Mindi Kalinq onu Markl soyadı ilə çağırdığı zaman Meqan buna düzəliş edib: “Markl deməyə davam etməyiniz çox gülməlidir. Sasseks bir ailə olaraq ortaq adımızdır və uşaq sahibi olana qədər bunun mənim üçün nə qədər mənalı olacağını başa düşməmişdim. Archie, Lili, Harri və mənim birlikdə sahib olduğumuz hər şeyi sevirəm. Bu, mənim üçün çox şey deməkdir”.

Meqan bildirib ki, eyni soyadı paylaşmaq Harriyə olan sevgisini gücləndirəcək.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO