Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimova ilə "7 Tamam" verilişində qonaq olub.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, proqramda Aysel aparıcının "Hüseynin ilk etirafı nə zaman oldu və necə inandınız" sualına "Əslində Hüseyn çox əziyyət çəkdi.
Uzun bir yol qət etdi" cavabını verib.
Hüseyn isə "Əslində hələ də inanmır. Hər şey birdən oldu. Bilirsiniz nə qədər nömrə almışdım? Bir nömrəmi bloklayırdı, digərini taxırdım. Bir ovuc nömrəm var idi. Qərar isə birdən oldu. Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi. Bəzən insan çox düşünür, vaxt gedir və bir də görürsən ki, heç nə alınmadı. Bizdə demək olar ki, vaxt da getmədi. Birdən qərar verdim, mart ayında etiraf etdim və sentyabrda ailə qurduq".
Qeyd edək ki, Aysel və Hüseyn cütlüyünün bu nikahdan bir oğul övladı var.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
00:56 / 04.03.2025
"Bir ovuc nömrə almışdım, birini bloklayırdı, digərini taxırdım"
Hazırda oxunan: "Bir ovuc nömrə almışdım, birini bloklayırdı, digərini taxırdım"
Hazırda oxunan: "Bir ovuc nömrə almışdım, birini bloklayırdı, digərini taxırdım"
237550
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.