Roza Zərgərli toy qiymətini AÇIQLADI - VİDEO

Roza Zərgərli toy qiymətini AÇIQLADI - VİDEO

Hazırda oxunan: Roza Zərgərli toy qiymətini AÇIQLADI - VİDEO

237456

Müğənni Roza Zərgərli toy qiymətini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Afaqla onlar” verilişində danışıb.

Roza aparıcı Afaq Gəncəlinin “Bir nəfər mənə dedi ki, Roza xanım son mahnısından sonra toy qiymətini artırıb. Deyir, onu dəvət etdik, 15 min manat istədi. Bu, doğrudur” sualını cavablandırıb:

“Düzdür, lakin mahnıdan sonra belə deyil. Bilirsən ki, 2019-cu ilə qədər tədbirlərə getmirdim. Arada açılışlarda olurdum, ora da təmənnasız gedirdim. Həyatımda bəzi məqamlar dəyişdi. O vaxt həyat yoldaşım məclislərə getməyə icazə vermirdi. Ondan sonra toylara gedirdim. Son mahnıya qədər yarım saatlıq çıxışın qiyməti fərqli idi, bütov tədbiri idarə etməyin qiyməti fərqli. Yarım saatlıq çıxış 5 min manat idi, bütöv tədbir idarəsi isə 12 min manat. Müraciət edənlər də bütöv tədbir üçün yazırlar, mən də 15 min manat deyirəm, yəni arada 3 min manat fərqi var. Yeri gələndə statusu, sənəti məndən aşağı olanlar 8-10 minə gedirlər. İnsanlar da var ki, bütün toyu fonoqramla idarə edirlər, qiyməti məndən qat-qat üstündür. Yarım saat üçün mənə müraciət hələ gəlməyib, 8 Mart üçün gəlib, onda da burada olmayacağımı demişəm. Bildirmişəm ki, qiymət budur, bayramlarda isə ikiqat olacaq. Digər ölkələr üçün də qiymət eynidir, sadəcə dollarla hesablanır”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO