Əməkdar artist Elnarə Abdullayevanın oğlunun müğənni ilə eşq yaşadığı iddia olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Rəngarəng”də aparıcı Zaur Nəbioğlu danışıb.
O, bununla bağlı E. Abdullayevaya sual ünvanlayıb. Xanəndə əvvəlcə bir müddət öncə dediyi “oğluma müğənni qız almaram” fikrindən söz açıb:
“O açıqlamamı hərə bir tərəfə yozdu. Amma oğlum o xasiyyətdə adam deyil, qaraqabaqdı. Dəfələlə müəyyən işlər olub, ətrafımda musiqiçilər olub. Məsələn, qaynımın oğlu zurna ifaçısıdı, deyirəm, filankəs yaxşı oxuyur, onu al. Gözünün qabağında gəlinbacın neçə illərdir oxuyur, yanımdan bir köpəkoğlu keçə bilməz. Getdi, fırlandı gəldi.
Haradasa 2010-cu il idi, dedi, mənlik deyil. Müəyyən şeylər danışdı, dedim ki, oğlum, deməli sənlik deyil. Çox çətin sənətdir. Mən də çöldə, gəlin də çöldə, evdəkilərə kim baxacaq? Mən getdiyim yolu getsinlər, oxusunlar, amma evdə uşaqları ana üzünə həsrət qalacaqlar. Çox çətin sənət olduğu üçün deyirəm. Bir-iki sənət dostumuz reaksiya verdi. Mənim heç kimlə işim yoxdur”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
14:08 / 03.03.2025
“Oğluma müğənni qız almaram” deyən Elnarənin oğlu müğənni ilə EVLƏNİR?
Hazırda oxunan: “Oğluma müğənni qız almaram” deyən Elnarənin oğlu müğənni ilə EVLƏNİR?
Hazırda oxunan: “Oğluma müğənni qız almaram” deyən Elnarənin oğlu müğənni ilə EVLƏNİR?
237447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.