Aparıcı Kamilə Babayeva fəaliyyətinin ilk dövründə keçdiyi təlim prosesindən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Pərvizə görə”də açıqlama verib. Kamilə deyib ki, o, həm peşəkar, həm də qeyri-peşəkar hallarla qarşılaşıb:
“ABA TV-yə qədər bir studiyada veriliş yayımlanırdı. Vahid Televiziya Studiyası idi. Mənim tərzimə yaxın deyildi. Romantik danışmalıydım, odlu-alovlu bir gecə və sairə. Çox cavan idim, uşağam, mətnlər mənə yaxın deyil.
O studiya indi yoxdur, oradakı redaktorun adı da yadımda deyil. Amma obrazı yadımdadır, gözəl üz dərisi var idi. Şaftalı rəngində maraqlı dərisi var idi. Deyirdim ki, bu qədər gözəl vücuda sahib olasan və belə qəddar olasan?
Səni nə vadar edir? Güzgüyə baxanda xoşbəxt olmağa səbəbin, şükür etməyə səbəbin var, məni niyə sevmirdin? Uşaq idim də, qoy çıxım gedim evə. Həftədə bir-iki saatlıq işim var idi, saxlıyırsan ki, otur orda. Yadımdadır, uzun koridor idi, ədiblərimizin şəkilləri var idi, altında da məlumat var idi. Bir gün gəldi ki, niyə oturmusan? Əlimə dəftər qələm verdi ki, dəhlizdə olan ədiblərlə bağlı məlumatları köçür. İndi də bilmirəm bu nə istək idi?
O vaxt bizə heç maaş vermirdilər. Bilmirəm ki, dərdi nə idi? O, məndən qat-qat gözəl idi. Çox qeyri-peşəkar yanaşma idi. Sonra mən xəbər aparıcısı olmuşam. Onda başa düşürdüm ki, peşəkarcasına məni rəndələməyə çalışsınlar, nəsə hazırlamağa çalışsınlar.
Yadıma gəlir ki, vəziyyət gərgin idi. Bir anam, bir mən idim, istənilən halda işə düzəlib, evə dəstək olmalıydım. Qısa xəbərlər səsləndirirdim. Onda komputerlər qəribə səs çıxardırdı, yavaş-yavaş açılırdı. Sən də gözləməliydin. Mirşahin deyirdi ki, otur, komputerdə işləməyi öyrən, bu, gələcəkdir, dünyanın gələcəyidir, çox lazım olacaq. Deyirdim, mənə maraqlı deyil axı. Seyfulla müəllim isə söyləyirdi ki, bu nə oxuduğunu başa düşmür. Mirşahin deyirdi ki, Amerikada bütün aparıcılar belə, tez-tez danışırlar.
Mən də “Arşın mal alan”dakı kimi otururdum, bir tərəfdə Mirşahin, bir tərəfdə Seyfulla müəllim. Qaçmalısan, amma qaça da bilməzsən. Seyfulla müəllim deyirdi ki, başa düşmürsən, bu xəbər oxuyur. Birdən qəzəti üstümə atdı ki, oxu, sonra danış. Oxudum, danışdım, deyir, gördün oxuduğunu başa düşmədi? Bilmirdi ki, həyəcanlıyam. O çox yaxşı məktəb oldu, düzdü balacaydı, uzun zaman oxumadım”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
14:33 / 27.02.2025
Kamilə Babayeva: “Seyfulla müəllim qəzeti üstümə atdı ki, oxu!”
Hazırda oxunan: Kamilə Babayeva: “Seyfulla müəllim qəzeti üstümə atdı ki, oxu!”
Hazırda oxunan: Kamilə Babayeva: “Seyfulla müəllim qəzeti üstümə atdı ki, oxu!”
236833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.