Çağla: “Gənc görünməyimi xaşa borcluyam” – FOTO

Çağla: “Gənc görünməyimi xaşa borcluyam” – FOTO

Hazırda oxunan: Çağla: “Gənc görünməyimi xaşa borcluyam” – FOTO

236767

Türkiyəli model, aparıcı Çağla Şıkel gənc qalmasının sirrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, iki uşaq anası olan 46 yaşlı Şıkelin yediyi qidalar diqqət çəkib.

Fit görünüşü ilə heyran qoyan Şıkel bildirib ki, gənc qalmağını hər gün keçi südü, zəncəfil, bal və kokos qarışımından hazırlanmış "qızıl süd" içməyə borcludur.

Çağla əlavə edib ki, gənc qalmasının bir digər sirri isə kəllə-paça (xaş) supu içməsidir. O, hər axşam bu şorbadan içdiyini vurğulayıb.

O, dərisinin sallanmasının qarşısını almaq üçün düyü suyundan hazırlanmış buzlarından istifadə edir. Bunun üçün yarım stəkan düyünü su ilə yuyur. Daha sonra düyünün üzərinə su əlavə edib 15-30 dəqiqə gözləyir. Sonra düyünü süzüb həmin suyu buz qablarına töküb soyuducuda dondurmaq lazımdır. Həmin buzlarla üzünüzü, dərinizi masaj edin.

Model gün ərzində bol su içir və meyvə-tərəvəzlə qidalanır. Çağla gün ərzində yüngül makiyaj edərək dərisinin nəfəs almasına şərait yaradır.

Qeyd edək ki, Çağla Şıkel Azərbaycan əsilli xanımdır. Onun atası Qarsdan olan Azərbaycan türküdür.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO