“Papağı cibində ər görüntüsünü bizə sırımayın” – Rövşanə onları TƏNQİD ETDİ

“Papağı cibində ər görüntüsünü bizə sırımayın” – Rövşanə onları TƏNQİD ETDİ

Hazırda oxunan: “Papağı cibində ər görüntüsünü bizə sırımayın” – Rövşanə onları TƏNQİD ETDİ

236700

“Özünütəsdiq formasını tapmaq müşkül işdir. Ağıllı, düşünən tamaşaçı və ya izləyici çox tələbkardır. Efir ciddi, sosial media isə daha qəddar güzgüdür. Cismin və xislətin çılpaqlığı ilə ortaya çıxır... Gizlətmək mümkünsüzdür. Tamaşaçı yalanı sevməz. Mələk obrazı, əxlaq keşikçisi,namus maskası, rəngləri qarışıq ailə tablosu, papağı cibində ər görüntüsü... Və ya ərin maketləşmiş,teatrallaşmış miskin baxışları... Özünüzə saxlayın, bizə sırımayın”.

Bizim.Media xəbər verir ki, bu sözləri instaqramda aparıcı Rövşanə Ağasəfqızı yazıb.
O, ad çəkmədən bəzi həmkarlarını tənqid edib:

“Hə, qaldı peşə məsələsinə. Özünüz olun, orijinal beyin, bilik, ağıl, istedad və ən vacib səmimiyətinizlə özünüz olun. Plagiat yaramaz. Fatma xala, Gülpəri nənə adından tərif qoşsalar belə, obraz mükəmməl deyilsə, olsa-olsa Çindən sifariş gələn “copy paste”fason bir şeyə bənzəyəcəksiniz...”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO