Rəhimov gündəm olan “xəyanət səhnəsi”ndən danışdı: “Hamı həyəcanlandı…” – VİDEO

Rəhimov gündəm olan “xəyanət səhnəsi”ndən danışdı: “Hamı həyəcanlandı…” – VİDEO

Hazırda oxunan: Rəhimov gündəm olan “xəyanət səhnəsi”ndən danışdı: “Hamı həyəcanlandı…” – VİDEO

236298

Respublikanın Əməkdar artisti Coşqun Rəhimov “Bu Şəhərdə – Plastik Əməliyyat” adlı konsert proqramında baş verən səhnəyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, o, “teleqraf.az”a açıqlamasında konsert proqramından əvvəl yaşanan hadisənin real olmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

"Bu Şəhərdə" konserti ilə bağlı AÇIQLAMA - VİDEO


“Əlbəttə, həmin səhnə şou idi. Əksər tamaşaçılar bu səhnəyə inandılar. Hətta konsertdə öz qonaqlarımız da baş verənlərə inandı və onu çox həyəcanla qarşıladılar. Bu səhnədən bizim yaradıcı komandanın üzvlərinin çoxu xəbərsiz idi, yalnız kiçik bir qisim məlumatlıydı. Səhnəni oynayanlar rəqqaslar idilər. Bu “oyun”dan sonra səhnədə rəqslərinə davam etdilər. Onlar peşəkar rəqqaslardır.

Hər dəfə konsertlərimizdə tamaşaçıları təəccübləndirməyə çalışırıq. Bu dəfə isə tamaşaçılarımızı həyəcanlandırdıq. Səhnə böyük səs-küyə səbəb oldu. İnsanlar hadisənin real olduğuna inandılar. Biz isə istədiyimizə nail olduq, yəni maraqlı, inandırıcı şou göstərdik”.

Qeyd edək ki, “Bu şəhərdə”nin fevralın 22-23-də keçirilən konsert proqramında kuryoz hadisə baş verib.

Tamaşa başlamamışdan əvvəl, zal dolu olduğu bir zamanda bir qadın guya ərinin başqa bir qadınla tamaşaya gəldiyini görüb. “Qəzəblənmiş” qadın ərinə yaxınlaşaraq qışqıra-qışqıra onu sorğu-suala çəkib, daha sonra qadına hücum edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO