Nüşabə məhkəmədə xalasına QALİB GƏLDİ – VİDEO

Nüşabə məhkəmədə xalasına QALİB GƏLDİ – VİDEO

Hazırda oxunan: Nüşabə məhkəmədə xalasına QALİB GƏLDİ – VİDEO

235843

Müğənni Nüşabə Musayeva məhkəmədə xalasına qalib gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, “Bizimləsən” verilişində danışıb. 
 

“Çox ağırdır. Onu böyüdükcə, yaş üstə yaş gəldikcə daha ağırdır. Ürəyində elə daş ağırlığında yük var ki, illərlə daşımaq məcburiyyətində qalırsan, 30 il əvvəl yaşadığım travmaların, vaxtından tez böyüməyin mükafatını Allah mənə verdi.


İstəməzdim ki, bu qalibiyyəti doğmalıq bağım olan insanın üzərində qazanım. Mənim üçün ikinci ağır yükdür. 

Çox daş-qalaq etdilər məni. Lakin yaşadıqlarımın günahkarı mən deyiləm. Sadəcə öz həyat hekayəmi danışdım. Çalışdığım qədər özümü sıxdım ki, çox söhbət açılmasın. Ət dırnaqdan ayrılmaz. Məni şikayət etdi, iddia qaldırmışdı ki, şərəf-ləyaqətini alçaltmışam. Mən sadəcə həyatımda baş verənləri danışmışam. Üç dəfə məhkəmə oldu. Sübutlarım, şahidlərimlə qalib oldum. Dayım, qardaşım şahidlik etdi. Onların şikayəti rədd edildi”, - deyə, Nüşabə bildirib.

Qeyd edək ki, Nüşabə atasının anasına xalası ilə xəyanət etdiyini demişdi.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO