Müğənni Nura Suri yaşadığı bina ilə bağlı şikayət paylaşımı edib.
Bizim.Media xəbər verir ki, o, feysbukda bu sözləri qeyd edib:
“Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Yapı İnşaat-ın binaları ilə bağlı mühüm problem var. Son vaxtlar bu binalarla bağlı ciddi problemlərlə üzləşmişik. Binaların yeni qanuna əsasən təhvil verildiyi iddia olunur, lakin heç bir rəsmi sənəd yoxdur. Hətta yeni komendant, Firdovsi adlı şəxs, binanı hələ rəsmi təhvil almadığını təsdiqləyir. “Yapı inşaat” şirkəti Şahmar Vəliyevə məxsusdur. Kommunal xidmətlərin ödənməməsi səbəbiylə biz, ödəyən sakinlər, böyük əziyyət çəkirik. Lift 1 həftədir bağlıdır. Suyun kəsintiləri baş verir.
Komendant, liftin platasının yanıb və 900 manat olduğunu bildirir, amma bu məbləğin onda olmadığını da əlavə edir.
Ödənişləri vaxtında edənlər belə, kommunal xidmətlərdəki bu pozuntulardan əziyyət çəkir.
Hüquqşünaslara ehtiyacımız var! Əgər bu məsələlərdə köməklik göstərə bilərsinizsə və ya etibarlı bir hüquqşünas tanıyırsınızsa, xahiş edirəm mənimlə əlaqə saxlayasınız. Digər problemlərimiz də var, lakin bu an üçün bu məsələnin həllinə öncəlik veririk”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:44 / 20.02.2025
Nura Suri Şahmar Vəliyevin şirkətindən ŞİKAYƏTÇİDİR
Hazırda oxunan: Nura Suri Şahmar Vəliyevin şirkətindən ŞİKAYƏTÇİDİR
Hazırda oxunan: Nura Suri Şahmar Vəliyevin şirkətindən ŞİKAYƏTÇİDİR
235691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.