Tünzalə Ağayeva: "Bu mahnı musiqi xəzinəmizə bir hədiyyəm olsun" - VİDEO

Tünzalə Ağayeva: "Bu mahnı musiqi xəzinəmizə bir hədiyyəm olsun" - VİDEO

Hazırda oxunan: Tünzalə Ağayeva: "Bu mahnı musiqi xəzinəmizə bir hədiyyəm olsun" - VİDEO

235621

Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva məşhur “Mən bu eşqə düşəni” mahnısına klip çəkdirib. Ekran işi və mahnı qısa zaman kəsiyində böyük rəğbət qazanıb.

Bizim.Media xəbər verir ki, tam fərqli janrda səslənən mahnıya estrada ulduzu daha bir fərqlilik gətirib.

Xalq artisti bununla bağlı fikirlərini bölüşüb: “İllərdir bu mahnı bizim yaddaşımızdadır. Şəxsən mənim də çox sevdiyim mahnılardan biridir. Məktəb illərimdən eşidib sevmişdim bu mahnını.

Bildiyiniz kimi, bu mahnı Türkiyədən bizə gəlib. Onu bəstəkar Suat Sayın yazıb. Bizə bu nəğməni sevdirən dahi sənətkar, xanəndə Hacıbaba Hüseynov olub. Düzdür, bu nəğməni bir çox sənətçilər ifa ediblər, amma mənim versiyam tam fərqli oldu.

Məndə arabesk, ritmik rəqs ab-havasına deyil, daha çox dramatik, lirik notlara toxunulub. Hesab edirəm ki, yanaşmam bu mahnıya çox yaraşıb. Ümumiyyətlə belə dillər əzbərinə çevrilən mahnıları yenidən işlənilməsi, məni daim çox həyəcanlandırıb. Peşəkar yanaşma bu cür əsərlərin ömrünü uzadır, yeni nəsillərə nümunə olur, bundan gözəl nə ola bilər? Bu işim, mənim, bir bəstəkar, Xalq artisti kimi zəngin Azərbaycan musiqi xəzinəmizə bir hədiyyəm olsun”.

Qeyd edək ki, sözügedən mahnıya çəkilən klip Xalq artisti Tünzalə Ağayevanın şəxsi “Youtube” kanalında yerləşdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO