"İki gündür oxuyana da "sənətkar" deyirlər" - Mətanətdən aparıcılara İRAD - VİDEO

"İki gündür oxuyana da "sənətkar" deyirlər" - Mətanətdən aparıcılara İRAD - VİDEO

Hazırda oxunan: "İki gündür oxuyana da "sənətkar" deyirlər" - Mətanətdən aparıcılara İRAD - VİDEO

235597

"İnsan üçün ən dəyərli şey zamandır. O zamanı da bu gün efirlərdə dəyərsizləşdiriblər".

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Tarixin bir günü" verilişində deyib. 

O, illərdir səhnədə olan müğənnilərlə yeni sənətə gələnləri eyni tutan və onları da "sənətkar" adlandıran aparcıları tənqid edib:

"Bir dəfə demişəm ki, mən olmayan yerdə adımı çəkməyin. Heç nədən başı çıxmayana da Mətanət Əsədovadan sual verməyin. Heç olmasa, oxumaqdan bir az da olsa, alnayışı varsa, fikir bildirə bilər. Elə adamlara mənim haqqımda sual verirlər ki, istəyirəm ekrandan içəri girim ki, dayanın, siz nə edirsiniz? Ona da "sənətkar" deyib əl çalırlar, buna da. Ona da deyirlər səndən yoxdur, buna da.

Nə olub, nə xəbərdir? Hıçqıra-hıçqıra oxuyanlar var, elə bil tikə qalıb boğazında ona da deyir "sənətkar". Kənardan baxanda deyəcək ki, həmin şəxs aparıcıya nəsə edib, ya da verib. Sən aparıcısan, ondan niyə çəkinirsən? Niyə ona yaltaqlanırsan? O boyda universiteti bitir, kanal rəhbəri efirdə bu böyüklükdə yer versin ki, gəlib yaltaqlıq edəsən, özünü kiminsə qarşısında aşağılayasan? Bu, nə deməkdir? 

Efir bitəndən sonra saatlarla həmin adamı telefonda qınayıram ki, bəsdirin, yığışdırın özünüzü. Ona görə də sənətçilər küsüb oturub evdə. Brilliant Dadaşova (Xalq artisti - red.) sənətkardır.
 

Yeganə sənətçidir ki, konsertinə bilet alıb getmişəm. Ona da deyək sənətkar, iki gündür oxuyana da? Mən elə aparıcılardan şübhələnirəm. Ya qorxur, ya umduğu nəsə var. Ona görə də efirdə yoxam. Sual verirlər: Bunun qiyməti nədir? Bu yaxşı oxuyur, ya o? Nəyimə lazımdır?


Bilmirsən ki, kim necə oxuyur, ara vurursan? Mən onlarla məhkəmədə üz-üzə gəlməliyəm ki, aparıcılıqdan xəbəri olmayan ara qızışdır?".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO