Müğənni Ülviyyə Namazova qalmaqal yaşadığı Rəqsanə İsmayılovanı şikayət edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “İncə səhər” proqramında danışıb. Ülviyyəyə təqdim olunan məşhurların fotolarının içərisindən Rəqsanənin şəklini seçərək bunları söyləyib:
“Ondan xoşum gəlmir. Aramız düzəlmişdi deyəndə... Heç nə düzəlməyib. Aramızda münaqişə oldu, o, öz sözünü dedi, mən də öz sözümü. Şikayət də etmişəm. Sənətinə bir söz demirəm. İnsanlıqdan söhbət gedir...”.
Qeyd edək ki, bir müddət öncə efirdə Aysunla Ülviyyə arasında mübahisə yaranmışdı. Bundan sonra məsələyə R. İsmayılova qarışmış, o, sosial media hesabında açdığı canlı yayımda Ülviyyəyə xəbərdarlıq etmişdi:
“Ülviyyə Moskvaya gəlsə, onun üstündən sürüb keçərəm. Bilirlər ki, hər şeyə qadir insanam. Hansı ana övladını ata, arxasında durmaya bilər? Hansı ana deyə bilər ki, uşağım haqqında yaxşı edirlər, belə danışsınlar. Həyatdır hər şey ola bilər, hər şey baş verə bilər. Bu davaları yığışdırın. Bəsdirin, yoxsa ailəsini dağıtdığınız insanların da adlarını çəkərəm”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:11 / 19.02.2025
Ülviyyə Namazova: "Rəqsanədən şikayət vermişəm" -VİDEO
Hazırda oxunan: Ülviyyə Namazova: "Rəqsanədən şikayət vermişəm" -VİDEO
Hazırda oxunan: Ülviyyə Namazova: "Rəqsanədən şikayət vermişəm" -VİDEO
235492
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.