“Aynişana qulaq asdıq, 20 min batırdıq”

“Aynişana qulaq asdıq, 20 min batırdıq”

Hazırda oxunan: “Aynişana qulaq asdıq, 20 min batırdıq”

235147

İnfluenser Aynişan Quliyeva bəzən mediada onun haqda çıxan absurd xəbərlər haqda danışıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə ARB-də yayımlanan “Pərvizə görə” proqramında söz açıb:

“Ən absurdu “Aynişanın qapısını dezinfeksiya etdilər” xəbəri idi. O xəbərdən sonra gördüm ki, doğrudan da dezinfeksiya ediblər.

Çünki pandemiya dövrü idi, çölə çıxmırıdm. Bir gün sonra çıxdım ki, qapım ağappaqdır və dezinfeksiya edilib. Necə ola bilər ki, bunu media bilib, mən bilməmişəm? Necə baş verə bilər? Ümumiyyətlə bu, kimə lazımdır? Heç mənə lazım deyil. O dönəm məndən o qədər yazırdılar ki... Artıq özümü robot kimi hiss ediridm, sanki heç nə təsir etmirdi, hissiz insana çevrilmişdim. Hər gün oyanırdım, yeni xəbər çıxırdı. 

Bir dəfə də yazmışdılar ki, “Aynişan günorta yeməyini yemədi”. Niyə elə yazırlar? Bunu hardan bilir ki, mən yemədim? Biri yazmışdı ki, Aynişanı ev yiyəsi evdən qovdu. O da necə olmuşdu, mən İspaniyaya gedirdim, qatar problemi olmuşdu. Barselonaya çatmamışdım, gülə-gülə video çəkmişdim ki, oradakı ev yiyəsi gözləmir, deyir başqa ev tapın. Yazmışdılar ki, Aynişanı ev yiyəsi qovdu. Artıq hiss etmirəm. Elə bilirəm, Aynişan başqa insandır, onun haqqında yazırlar”.

Bloger onun haqda çıxan ABŞ-da həbs olunması ilə bağlı yalan xəbərlərə də aydınlıq gətirib:

“Mən Amerika vizası üçün müraciət etmişdim, bir dəfə rədd cavabı almışdı. Bu dəfə isə təsdiqlədilər. Səhəri gün xəbər yazıblar, Aynişan Amerikaya qaçmaq istəyəndə hava limanında tutuldu. Baxdım ki, bu, nə məlumatdır? Axı orda vizanı ləğv edə bilərlər. Dedim, bu, nə məsələdir? Çünki Amerika elə biləcək ki, problemli insanam, mənə viza verməyəcək. Sonra yazdılar ki, guya insanları investisiya etməyə çağırmışam, guya ölkədə belə bir qurum var, çoxlu pullar qazanırsan. Guya məni buna görə döyüblər. 
 

Nə qədər insan menecerimə zəng edib ki, Aynişana qulaq asdıq 20 min batırdıq, 15 min batırdıq. Aynişan sizə desə ki, gəlin, hansısa uşağa 100 manat verin, verməzsiniz. 20 mini necə batırırsınız? O şəkil heç mənə oxşamır, süni intellektlə düzəldiblər, gözümü də göy ediblər ki, guya döyülmüşəm.


Dəfələrlə açıqlama vermişəm. Lakin qarğış edirlər ki, sənə qulaq asıb pul batırdıq, ona görə getdim, dövlət qurumlarına ərizə yazdım. Hər şeyi etmişəm, lakin bir ildir bu insanların kimliyi tapılmır. Deyəsən, zəng edirlər, ondan sonra kartın kodunu soruşub hesabdakı pulu çəkirlər. Bu şəxslərin azərbaycanlı olmadığını deyirlər”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO