Əməkdar artist Firuzə İbadova açıqlamaları ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, o, “Zaurla Günaydın” proqramında qonaq olarkən həyatı ilə bağlı sualları cavablandırıb.
F. İbadova həmçinin keçmiş həyat yoldaşından söz açıb:
“Elə insanam ki, üzr istəməyi sevirəm. Günahkar olmasam da, qarşı tərəfdən addım atılmırsa, ona kömək edirəm. Üzrü bölürəm ki, ona ağırlıq düşməsin. Hərdən fikirləşirəm ki, müğənni olmayaydım, evdar xanım, ya da müəllim olardım. Ailə mövzusuna toxunmayaq. Ürəyimdə bağlı bir kitab və o heç vaxt açılmır. Hər insan bir ağacdır, o ağacın daxilində bir kitab var. İnsan o ağacın içində kitab şəklində bağlı qalır. Həyatımda bir məhəbbət olub, o da qəbir evinə gedəcək. Bunu heç kim bilmir. Mən bilirəm, Allah bilir. Düzgün həyat qurdum, ondan da çox gözəl bir bəxşişim var. Düz etmişəm, onu seçmişəm. Seçimimdə yanılmamışam. Peşman olduğumu deməklə səhv etmişəm. Onun kimi məni anlayan olmazdı, mənim taleyimdi, ondan razıyam və minnətdəram. Üzrünü qəbul etmədiyim olub, onlara dəymə”.
Sara, Bizim.Media

- A-
- A
- A+
Şoutaym
20:49 / 16.02.2025
Firuzə İbadova: “Həyatımda bir məhəbbət olub, o da qəbir evinə gedəcək”
Hazırda oxunan: Firuzə İbadova: “Həyatımda bir məhəbbət olub, o da qəbir evinə gedəcək”
Hazırda oxunan: Firuzə İbadova: “Həyatımda bir məhəbbət olub, o da qəbir evinə gedəcək”
235055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.