Müğənni Günay İbrahimli sevgilisi ilə bağlı danışıb.
Bizim.Media olay-a istinadən xəbər verir ki, bu barədə o, “Gün ortası” verilişində açıqlama verib.
Kövrələn Günay deyib ki, sevgisi hər keçən gün bir az da artır:
“Sevgim günü-gündən artır. Razı deyiləm, deyirlər, sevgi azalır. İllər keçdikdcə insan doğmalaşır, daha çox sevirsən. Yarın, bir paran olur. Mənim içimdəki sevgini bütün qadınlara arzu edirəm. Hədiyyə və digər jestlər boş şeydir. Sənin yanında qeydinə qalan, arxanda kölgə kimi dayanan bəy olmalıdır. Hər kəsə arzu edirəm. Çox şükür sevilirəm də, sevirəm də. Allah bizi heç zaman ayırmasın. Sevgim hər gün artır. Ölənə qədər sevəcəyəm. Şəxsi həyatım haqqında efirdə danışmağı sevmirəm, hər şeyi efirdə danışmaq olmaz”.
Bizim.Media