İzzət: “Nəvəsi ilə oynamalı olan nənə və babalar bütün günü “TikTok”dadır” – VİDEO

İzzət: “Nəvəsi ilə oynamalı olan nənə və babalar bütün günü “TikTok”dadır” – VİDEO

Hazırda oxunan: İzzət: “Nəvəsi ilə oynamalı olan nənə və babalar bütün günü “TikTok”dadır” – VİDEO

234538

“Mən qalmaqalsız müğənnilərdənəm. Bu kimi məsələləri xoşlamıram, çünki təbiətim budur”.

Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “Künc-bucaq” verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, bir sıra məşhurlar sənətləri ilə deyil, qalmaqalları ilə gündəmə gəlirlər:

“Mənim özüm üçün də maraqlıdır. Hərdən özümə sual verirəm ki, görəsən niyə filan müğənni oxumağı, klipi, gördüyü layihələri ilə deyil, davası, qırğını,sataşması, sözatmağı, geyimi ilə gündəmə gəlir. Baxıb görürsən ki, həmin o bəzi müğənnilər “TikTok”da və hər hansı başqa sosial şəbəkədə canlı yayım açır və ona yüz minlərlə insan baxır. Orada 99 faiz insan onu orada təhqir edir, ağzına gələn söyüşləri söyür, alçaldır, amma yenə də oradadır. Əgər sən onu söyürsənsə, bəyənmirsənsə, xoşuna gəlmirsə, buna qıcığın varsa və əsəbin varsa, niyə onun səhifəsinə və ya canlısına daxil olursan?”

Bir çox ailələrdə sosial şəbəkəyə olan marağın artmasından söz açan Bağırov bu halın xoş təəssürat yaratmadığını bildirib:

“Bu gün görürsən ki, əlində təsbeh tutub zikr etməli və nəvələri ilə oynamalı olan ağbirçək bir nənə bütün gün “TikTok”dadır. Baba, nənə, ata, ana, övlad, məktəbli, tələbə, hətta körpə uşaq da “TikTok”dadır. Körpənin də başını qatmaq üçün telefonu əlinə veriblər. Bütün ailə “TikTok”dadır. Hamı da onların səhifələrinə daxil olur. Çünki onlara onlar maraqlıdır. O da baxıb görür ki, yaşından asılı olmayaraq bütün nəslin nümayəndələri onun izləyicisidir... Sonra deyirik ki, bu niyə belə oldu? O özü heç nə etmədi ki... Onu kim qaldırıb, yüksəltdi, ucaltdı? Biz, yəni camaat etdi də...”



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO