"Başıma gələn bu hadisə saniyələr içində oldu. Özümdən getmişdim, yıxılmışdım. Gözümü açanda, yəni ayılanda artıq xəstəxananın reanimasiya şöbəsində idim. Nə baş verdiyini heç özüm də bilməmişəm".
Bizim.Media xəbər verir ki, bu sözləri "Faytonçu" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Nazim Pişyari “olay.az”ın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi başına gələn hadisəni bu cür nəql edib:
"Bir sözlə salamat qurtardım. Həkimlər mənə işemik insult diaqnozunu qoydular. Amma əzalarım, yəni əlim, qolum, başım, beynim, yaddaşım, hamısı yerindədir. Problemim yoxdur.
Deyim ki, haramsa əzilib və ya əyilib kimi şeylər yoxdur. Sağlam və salamatam. Hər şey qaydasındadır. Xalqımızın və insanların duaları mənə kömək oldu. Ən əsası göydəki Allah".
Hazırki, vəziyyətinin qənaətbəxş olduğunu söyləyən N.Pişyari tezliklə evə buraxılacağını açıqlayıb:
"Vəziyyətim, şükürlər olsun ki, yaxşıdır. Həkimim mənə söylədi ki, bu həftənin beşinci günü və ya daha tez səni xəstəxanadan artıq evə buraxacayıq. Mən də elə bu günü gözləyirəm".
Bizim.Media
![Xəstəxanaya yerləşdirilən Nazim DANIŞDI: "Gözümü açanda artıq..." Xəstəxanaya yerləşdirilən Nazim DANIŞDI: "Gözümü açanda artıq..."](https://bizim.media/file/articles/2025/02/10/1739189962_5282752806090041447.jpg)
- A-
- A
- A+
Şoutaym
16:23 / 10.02.2025
Xəstəxanaya yerləşdirilən Nazim DANIŞDI: "Gözümü açanda artıq..."
Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən Nazim DANIŞDI: "Gözümü açanda artıq..."
Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən Nazim DANIŞDI: "Gözümü açanda artıq..."
234095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.