Aparıcı Xoşqədəm Hidayətqızı türk mediasında müğənni həyat yoldaşı Doğuşla ayrılması haqda yazılan xəbərdən danışıb.
Bizim.Media xəbər verir ki, bu haqda öz verilişində bəhs edib:
"Bizi də tez-tez boşadıb, evləndirirlər. Bir gün yol gedirdim. Türkiyədən rəfiqəm zəng etdi ki, güclü ol, yanındayam. Deyirəm, nə olub? Cavab verdi ki, bütün türk mediasının manşetidir ki, Doğuşla Xoşqədəm ayrılıb. Səbəb isə odur ki, atamla anam bizdə qalıb və Doğuş etiraz edib. Bunu mənim haqqımda yazsalardı ki, Xoşqədəm qayınanasına görə narazılıq edib, normaldı.
Doğuş kimi adam bunu etməz. Doğuş kimi adam mənim valideynlərimə görə şərt qoyub, evi tərk etməz".
Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün əkiz övladı var.
Bizim.Media
![Xoşqədəm Doğuşla ayrılıb? Xoşqədəm Doğuşla ayrılıb?](https://bizim.media/file/articles/2025/02/09/1739126305_1.jpg)
- A-
- A
- A+
Şoutaym
22:36 / 09.02.2025
Xoşqədəm Doğuşla ayrılıb?
Hazırda oxunan: Xoşqədəm Doğuşla ayrılıb?
Hazırda oxunan: Xoşqədəm Doğuşla ayrılıb?
234005
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.