"Teymur Əmrahı beş yaşımdan tanıyıram. Anamla bir yerdə Qaraçuxurda musiqi məktəbində çalışıb. Amma bu gün Teymur Əmrahın sözünüz dəyəri yoxdur. Pedaqoq kimi gözəl insansınız. Musiqi savadınız estrada janrında çox mükəmməldir. Flora Kərimovanın sənətinin davamçısısınız. Onun kişi variantısınız. Səs diapazonunuz yüksəkdir".
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) "Tarixin bir günü" verilişində deyib.
O, Əməkdar artist Teymur Əmrahın müğənnilər Şəbnəm Tovuzlu, Zeynəb Həsəni, Damla, Manaf Ağayevin ifasını tərifləməsini tənqid edib:
"Amma Nadir Qafarzadənin sözündə böyük haqq var. Orada söhbət nə Şəbnəm, nə Damla, nə də Manafdan gedir. Söhbət illər əvvəl “mədənniyyətimizə ləkə vuran” deyərək efirdə bağırmağınızdan gedir. Bu da efirimizin ən böyük problemidir. 3-5 musiqi termini öyrənib və çıxıb efirdə “Bu səslər soprano və sairə...” deməklə deyil.
Dünən Şəbnəmlə danışdım. O bu söhbətlərdən çox narahat olub. Teymur bəy, son 5 ildə sizin bir dənə də olsun tələbənizi görmədim. Ən son tələbələriniz Elton Hüseynəliyev, Ayaz Qasımovdur. Əgər siz 10 il əvvəl hədiyyə almısınızsa... Nadir demək istəyir ki, sənətkar satılmamalıdır. Bu gün kimsə deyə bilər ki, mərhum İlhamə Quliyeva kimdənsə hədiyyə alıb.
Onun sözü keçərli idi. Onun sözünün üstünə heç kim söz qoya bilmirdi. Bu gün də onun yeri bəllidir".
Tolik T.Əmraha müracət edərək, bunları söyləyib:
"Sizdən xahiş edirəm, illərlə saxladığınız sənətdəki hörmətinizi bu fikirlərlə yox etməyin. Siz Azər Zeynalovu, Aygün Bayaramovanı kimlərlə müqayisə edə bilərsiniz? Ən azı o 20 dəfə “Leyli və Məcnun” tamaşasında “Leyli”ni canlandırıb. Bu gün hər yerindən duran deyir ki, mən muğam oxuyuram. Amma biri də nə təsnif, nə də qəzəl bilir. Bu ölkədə etalon Xalq artisti Zeynəb Xanlarova, Flora Kərimova, Alim Qasımov, Arif Babayevdir.
Siz belə söhbətlərinizlə insanları o müğənnilərin üzərinə aqressiya tökməyə vadar edirsiniz".
Bizim.Media
!["Sənətkar satılmamalıdır" "Sənətkar satılmamalıdır"](https://bizim.media/file/articles/2025/02/07/1738942900_5273956648643324812.jpg)
- A-
- A
- A+
Şoutaym
19:33 / 07.02.2025
"Sənətkar satılmamalıdır"
Hazırda oxunan: "Sənətkar satılmamalıdır"
Hazırda oxunan: "Sənətkar satılmamalıdır"
233749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.