Xalq artisti Flora Kərimova plastik-cərrah Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Xalq artisti instaqram hesabında video yayımlayaraq uzun müddətdir S.Heydərovanın həkimlik lisenziyasının əlindən alınması üçün mübarizə apardığını bildirib.
F.Kərimova bildirib ki, S.Heydərova ilə məhkəmə işi hələ də davam edir:
"Bu haqq, düz söz, qələbəsidir. Bu qələbə çox insanın səhhətinin zəmanətidir. Neçə illərdir savadsız həkimlərlə savaşım bu gün nəticələndi. Onlar başa düşmədilər ki, hər dəfə milləti, xəstələri aldadanda özləri uçuruma gedirlər. Neçə dəfə mən Sevinc Heydərovaya demişdim ki, bacarmırsansa, bu işdən yapışma. Nəticəsi saxta sənədlər, saxta sübutlar, saxta adlar və ümumiyyətlə saxta fəaliyyət...
Ümumiyyətlə, iş çox mürəkkəb idi. Nə qədər saxtalıq olar. Hər addımınız saxta idi. Düşünəndə ki, nə qədər belə həkimlər var məni dəhşət bürüyür. Hər bir xəstə həkimdən asılıdır. Hər mübarizə bugünkü nəticə ilə bitmir. Bu işi qələbə ilə nəticələndirən vəkillərimə təşəkkür edirəm".
Qeyd edək ki, ötən ilin sonunda vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün Xüsusi Təftiş Komissiyası yaradılmışdı.
Səhiyyə Nazirliyi tərəfindən lazımi sənədlərin komissiyaya təqdim olunması üçün onlara vaxt verilmişdi.
Xatırladaq ki, S. Heydərova daha əvvəl də dəfələrlə uğursuz plastik əməliyyatlar etməkdə ittiham olunub. Xalq artisti Flora Kərimova da həkimi uğursuz əməliyyata görə məhkəməyə verib. Belə ki, o, 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq sənətçi bunun fəsadlarını yaşayıb, görmə qabiliyyəti tamamilə zəifləyib.
F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endokrinoloq, nevroloq, sonra isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.
Bizim.Media
![Flora Kərimova: "Hər addımınız saxta idi" – VİDEO Flora Kərimova: "Hər addımınız saxta idi" – VİDEO](https://bizim.media/file/articles/2025/02/07/1738912222_1.jpg)
- A-
- A
- A+
Şoutaym
11:12 / 07.02.2025
Flora Kərimova: "Hər addımınız saxta idi" – VİDEO
Hazırda oxunan: Flora Kərimova: "Hər addımınız saxta idi" – VİDEO
Hazırda oxunan: Flora Kərimova: "Hər addımınız saxta idi" – VİDEO
233653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.