"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? – FOTO

"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? – FOTO

Hazırda oxunan: "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? – FOTO

233166

Bu gün ölkəmizi “Avroviziya 2025” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının adı açıqlanacaq.

Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, “INFE” səhifəsi təmsilçi kimi ən çox adı halanan 5 ifaçını təqdim edib.

Bildirilib ki, uzun müddətdir bu ifaçıların adı təmsilçi siyahısında hallandırılır.

Belə ki, siyahıda müğənni Natavan Həbibi, Mehin Hümbətova, Mado Salikh, reper Alizade və “Mamaqama” qrupu yer alıb.

Təmsilçinin kimliyi bu gün saat 20:00-da açıqlanacaq.

Qeyd edək ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Birinci yarımfinal mayın 13-də keçiriləcək.

Azərbaycanla birlikdə həmin gün səhnəyə Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də çıxacaq.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO