"Mən özümü ideal bədən quruluşuna sahib qadın hesab etmirəm. Bədən formam xəstəliyimə görə qabarıqdır".
Bizim.Media xəbər verir ki, bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində müğənni Roza Zərgərli deyib.
Açıq-saçıq geyinmədiyini söyləyən müğənni bildirib ki, bədən quruluşuna görə geyindiyi libaslar cəlbedici görünür:
"Bəzi titul verilmiş sənətçilər haqqında danışmaq istəmirəm, çünki onlar ümumiyyətlə geyinmirlər. Hər kəs özünə cavabdehdir. Amma məni nə vaxt həddən artıq açıq-saçıq geyimdə görmüsünüz? Cazibədar qadın olduğum üçün dar geyinəndə gözə çarpıram. Amma titullu ifaçılarımız var ki, ömür boyu lüt gəziblər".
Roza Zərgərli, həmçinin iştirakçısı olduğu "Maşın şou" verilişində aldadılmasından da bəhs edib.
"Həmin proqramda mən haqqın, ədalətin yolunda addımlayırdım. Hiylə quran insanlar kənardan bunu idarəetmə kimi görürdülər. Mən orada son üç gün dayana bilməzdim, çünki ayağımda problem var. Lakin hikkəmdən bunu etdim, məni aldadan insanlara uduza bilməzdim. Sona qalan üç nəfərlə qərarlaşdırmışdıq ki, üçümüz də eyni anda əl çəkərək qalib olub, maşını xeyriyyəyə verək. Amma onlar "Bundan sonra hərə özü üçün oynayır" dedilər", - müğənni söyləyib.
Bizim.Media
![Roza Zərgərli: “Bədən formam xəstəliyimə görə qabarıqdır" - VİDEO Roza Zərgərli: “Bədən formam xəstəliyimə görə qabarıqdır" - VİDEO](https://bizim.media/file/articles/2025/01/29/1738148485_5247229917563839490.jpg)
- A-
- A
- A+
Şoutaym
15:07 / 29.01.2025
Roza Zərgərli: “Bədən formam xəstəliyimə görə qabarıqdır" - VİDEO
Hazırda oxunan: Roza Zərgərli: “Bədən formam xəstəliyimə görə qabarıqdır" - VİDEO
Hazırda oxunan: Roza Zərgərli: “Bədən formam xəstəliyimə görə qabarıqdır" - VİDEO
232303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.