Rusiyanın xalq artisti Sofiya Rotaru satışa qoyduğu Moskvadakı mənzilinin qiymətini endirsə də, yenə də alıcı tapa bilməyib.
Bizim.Media “söz.az”a istinadən xəbər verir ki, Xalq artistinin dostunun dediyinə görə, Zoologiçeskaya küçəsindəki üç otaqlı mənzilin qiyməti 70 milyon rubldan 65 milyon rubla endirilib:
"Bu pula asanlıqla mərkəzdə yeni mənzil ala bilərsiniz. Nəticədə Sofiya mənzili satmamaq qərarına gəldi".
Qeyd edək ki, 2024-cü ilin noyabrında Rotaru Moskvadakı mənzilini Nikolay Baskova satmağa çalışıb, lakin sənətçi sövdələşmədən imtina edib. Musiqi prodüseri Alina Sagina bildirib ki, Rotaru paytaxtdakı daşınmaz əmlakını satmaq məqsədi ilə şou-biznesdəki bir çox həmkarına zəng edib.
Bizim.Media