Aparıcı İlqar Mikayıloğlu "Gün ortası" verilişində TƏBİB-i sərt tənqid edib.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, o, başqa bir proqramda həkimə ehtiyacı olan şəxs üçün təcili tibbi yardıma zəng edildiyini, lakin 7 dəqiqə ərzində telefona cavab verilmədiyini sübüt edən görüntüləri verilişində nümayiş etdirərək bunları deyib:
"Həmkarlarımın birinin verilişində həkim lazım olub, dərhal təcili tibbi yardıma zəng edilib. 7 dəqiqə operatorlar cavab verməyib. Burada insan taleyindən söhbət gedir. Fərq etmir nə baş verib, operator dərhal telefona cavab verməlidir. Adı üstündədir, təcili tibbi yardım, tibbi yardım yox, əsas söz burada təcilidir. Operator sayı nöqteyi nəzərdən 1 dəqiqəni başa düşə bilərəm, amma 7 dəqiqə ərzində niyə cavab verilmir? Artıq hesab edin ki, bir insan orada dünyasını dəyişdi. Kimsə TƏBİB-dən desə ki, xeyir belə deyil. fakt göz qarşısındadır. Hörmətli TƏBİB, nə baş verir?
Ötən ilin dekabrında biz sizə sorğu göndərmişdik. İndi başa düşürəm ki, niyə sorğumuza cavab vermirsiniz. Əgər təcili tibbi yardım 7 dəqiqə cavab vermirsə, belə çıxır ki, sorğumuzun cavabını 7 il gözləməliyik? TƏBİB-in işində yaranan problemin aradan qaldırılması üçün sorğuma cavab gözləyirəm. Siz cavab vermədikcə üst quruma, o cavab verməsə, ondan da üst quruma, o da cavab verməsə, daha bir üst quruma müraciət edəcəyik. Xahiş edirəm ki, bu məsələləri tam ciddiyə alasınız".
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:15 / 17.01.2025
İlqar Mikayıloğlu TƏBİB-i sərt tənqid etdi - VİDEO
Hazırda oxunan: İlqar Mikayıloğlu TƏBİB-i sərt tənqid etdi - VİDEO
Hazırda oxunan: İlqar Mikayıloğlu TƏBİB-i sərt tənqid etdi - VİDEO
230521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.