Türkiyədə menecer Ayşe Barım barəsində aparılan istintaq çərçivəsində şahid qismində dindirilən məşhur aktrisa Serenay Sarıkayanın məhkəmədə verdiyi ifadənin bəzi detalları ortaya çıxıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarıkayaya həm Ayşe Barım, həm də sevgilisi, müğənni Mert Demirlə bağlı suallar verilib.
Prokurorun "Mert Demirlə münasibətiniz müqabilində menecer Ayşe Barımla birlikdə 5 milyon dollar aldınızmı?" sualına Sarıkaya Demirlə il yarımdır qarşılıqlı iradəyə uyğun olaraq emosional münasibətdə olduqlarını və Ayşe Barımın bu münasibətlə bağlı heç bir təklif və göstəriş vermədiyini bildirib.
Aktrisa Ayşe Barımın bir iş adamından 5 milyon dollar rüşvət almasına dair iddialar barədə məlumatının olmadığını da qeyd edib. Sarıkaya bu tiraj üçün heç bir pul almadığını bildirib.
Sarıkaya “Ayşe Barım tərəfindən sizə hər hansı təzyiq və ya təhdid olubmu? sualına isə “yox, mənə heç bir təzyiq göstərməyib” cavabını verib.
Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair istintaq başladılıb. İstintaqın "iş azadlığının pozulması" və "şantaj" kimi iddialarla bağlı olduğu öyrənilib. İstintaq çərçivəsində Barım barəsində xaricə çıxış qadağası şəklində məhkəmə ədliyyə nəzarəti də tətbiq edilib.
Bizim.Media