Nadir Qafarzadə: "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"

Nadir Qafarzadə: "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"

Hazırda oxunan: Nadir Qafarzadə: "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"

229636

"İndi sevgilər çox azdır. İnsanlar tez soyuyur. Artıq heç kim naz çəkmək, kiminsə stəkanını yumaq istəmir. Hamı tək və rahat həyat istəyir. Ona görə də ailələr dağılır".

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Xəbərin var?" verilişində deyib.

O, ailələrin dağılmasında günahı kişilərdə gördüyünü bildirib:
 

"Kişi də, qadın da ər-arvad kimi bəzi şeyləri udmalıdırlar. İndi ola bilər ki, kişinin səsi bir az hündürdə olsun. Həmişə belə olub və yaxşı ailələrdə kişinin səsi hündürdə olmalıdır ki, bəzi insanlar yerini bilsin.


Mən yaxşı kişilərdən danışıram, bioloji olanlardan yox. Bir ailədə əsl kişi varsa, o yuva dağılmayacaq. Çünki çoxu ailədə kişi zəif olduğuna görə boşanır. Qadınlar güclü kişiləri sevirlər. Deyirlər ki, yanımdakı kişi yüngül, zəif, məndən aslı olacaqsa, nə edirəm onu?".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO