Los-Ancelesdə yanğınla bağlı tətbiq edilən komendant saatını pozan iki nəfər həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə ABC7 telekanalı yazıb.
Məlumata görə, bu həbslər, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin evində mümkün oğurluq hadisələri ilə bağlıdır.
Qeyd edək ki, əvvəlcə yayılan məlumatda bildirilirdi ki, Harrisin yanğınlarla əlaqədar evakuasiya zonasında olan Brentvud bölgəsindəki evində oğurluq faktı aşkar edilməyib.
Harrisin evindən başqa, aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger və NBA ulduzu LeBron Ceymsin də daxil olduğu digər məşhur insanlara məxsus malikanələrin olduğu Brentvuddan görüntülər sosial mediada yayılıb.
Bizim.Media