"Elçin Həmidovun sağ olmasını istəyərdim. Onun yoxluğunu çəkirəm. Onun evinin yanında nəvəmə ev almışam".
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Zaurla Günaydın" verilişində deyib.
Aktrisa mərhum aktyor Elçin Həmidovdan danışıb: "Mənim evimin yaxınında özünə ev almaq istəyirdi, amma satdılar. O da yaxın yerdən aldı. Deyirdim ki, vəsiyyətini yaz. Deyirdi, “sənin nəvən Saraya bağışlayacağam”. Anasının adı sara idi. Bilirdim ki, o tez və evdə öləcək. Onun anası da elə dünyasını dəyişib. 11 yaşı olanda məktəbdən gələndə qapını döyüb, görüb anası açmır. Pəncərədən baxıb ki, anası dəhlizdə lüt uzanıb, vəfat edib. Toy tutub, axşam tədbirdə olacaqdı gəlib ki, bacısı Leyla hamamın qarşısında yıxılıb ölüb. Qardaşı yıxıldı, öldü. O biri qardaşı gedib özünü dənizə atdı. Tahir İmanov sağ olsun, onu "Məhəllə"də gəzdirdi".
Qeyd edək ki, E.Həmidov 2011-ci ildə ürəktutmasından vəfat edib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:36 / 11.01.2025
"Bilirdim ki, Elçin o formada öləcək"
Hazırda oxunan: "Bilirdim ki, Elçin o formada öləcək"
Hazırda oxunan: "Bilirdim ki, Elçin o formada öləcək"
229535
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.