“Mir Cəlal Paşayev oğluna aldığı evi mənə verdi”

“Mir Cəlal Paşayev oğluna aldığı evi mənə verdi”

Hazırda oxunan: “Mir Cəlal Paşayev oğluna aldığı evi mənə verdi”

229319

Xalq şairi Nəriman Həsənzadə Mir Cəlal Paşayevin ona bağışladığı mənzildən danışıb.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu barədə o, iş xanımı Ruhiyyə Əliyevanın təqdimatında RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində açıqlama verib.

O bildirib ki, görkəmli yazıçı Mir Cəlal Paşayev o evi oğlu, akademik Arif Paşayevə alsa da, ona hədiyyə edib:

“Mir Cəlal müəllim o evi oğlu Arif Paşayevə almışdı. Arif müəllimin həyat yoldaşı, iki qızı, ailəsi atası evində qalırdı. Maraqlıdır ki, Mir Cəlal müəllim o evi mənə verdi. Nəinki Mir Cəlal müəllim onun xanımı Püstə xanım Mehdi Hüseynin görüşünə gəlmişdilər. Mehdi Hüseyn onda Yazıçılar İttifaqının sədri idi. Dedi, Mehdi, bu evi Nərimana verirəm. Mehdi Hüseyn dedi ki, evin siyahısı təqdim olunub, gecdir. Dedi, istəyir gecdir, istəyir tez, bu evi Nərimana verirəm. Püstə xanım da xahiş etdi ki, Mehdi qardaş, bu evi Nərimana verin. Mir Cəlal müəllim oğluna aldığı evi mənə verdi. Oğlunu korporativə yazırdı. Qarşıma yaxşı insanlar çıxdı. Mir Cəlal müəllim, sonra da Heydər Əliyev... Yaxşı insanların hesabına yaşadım”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO