"Aygün Bəylər nə miras qoyub?"

"Aygün Bəylər nə miras qoyub?"

Hazırda oxunan: "Aygün Bəylər nə miras qoyub?"

229285

"Aygün Bəylərin sənətindən başqa mirası yox idi. Bir evi var, o da sənətlə uşağı Cananın adına keçirilib. Onu 12 ildir tanıyıram. Ən çətin günlərinin dostu olmuşam. Aygün Bəylərdə var-dövlət, maşın, qızıl görməmişəm. Onun ilində hər şeyi səhər saat 5-ə qədər bacısı Aynur Hümbətova və mən etdim. Bəlkədə 1500 adam gəlmişdi".

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin prodüseru Sultan Mustafayev "Musavat TV"yə müsahibəsində deyib.

O, A.Bəylərin bacısı Zümrüd Hümbətovanın mirasla bağlı qalmaqallı açıqlamasından danışıb.

O, Zümrüdün xanəndənin yas mərasiminə buraxılmaması haqda suala belə cavab verib:

"Elə bir söhbət yoxdur, demişdim, hamı gəlib iştirak etsin. Zümrüd hansısa insanların oyununun qurbanıdır. Zümrüd şou yaratmaq istəyir. Başa düşmüür ki, Aygün Bəylər şou müğənnisi olmayıb, mədəniyyətə xidmət edən adam olub. Danışsam, yer yerindən oynayar. Əgər Zümrüd haqda nələr baş verdiyini danışsam, inanmıram efirə çıxsın. Onun da iki övladı var. Aygün Bəylərin uşağına, sənətinə hörmət edirəm.
 

Aygün Bəylər nə miras qoyub? Yalandan səhv məlumat verirsən ki, verilişlərə çağırılasan. Uşağı dövlət verib bacısı Aynura. O da ona çox gözəl baxır".


Qeyd edək ki, Zümrüd bacıların Aygün Bəylərin mirasına sahib çıxdıqlarını, onu isə uzaqlaşdırdıqlarını açıqlamışdı. O, bacısı Aynuru ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO