Mərhum aktyorun ölümünə səbəb böyrək çatışmazlığı OLMAYIB - VİDEO

Mərhum aktyorun ölümünə səbəb böyrək çatışmazlığı OLMAYIB - VİDEO

Hazırda oxunan: Mərhum aktyorun ölümünə səbəb böyrək çatışmazlığı OLMAYIB - VİDEO

228791

Yanvarın 5-də vəfat edən aktyor Azər Baxşəliyevin ölümünə səbəb insult keçirtməsi olub.

Bizim.Media-nın xəbərinə görə, bu barədə İlkin Həsəni “Xəzər axşamı” verilişinin mərhum aktyora həsr olunan buraxılışında deyib.

"Hər yerdə ölümün səbəbi böyrək çatışmazlığı qeyd edilir. Amma Azər həmin gün yüksək təzyiq səbəbindən insult keçirtmişdi. Düzdür, onun fəsadları elə böyrək problemi ilə bağlıdır, lakin yaxın dostları, hamımız bilirdik ki, Azər insult keçirtmişdi. O, ikinci böyrək köçürülməsi əməliyyatına hazırlaşırdı. Amma xəstəxanaya koma vəziyyətində çatdırılarkən insult keçirdib”.
 

İ. Həsəni bildirib ki, xəstəxanaya yerləşdirilərkən mərhum aktyorda şiddətli beyin qanaxması olub.


Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində yerləşdirilib. Yanvarın 2-sində ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gündür süni tənəffüs aparatına qoşulmuşdu.

Daha ətraflı videoda:




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO