Xalq artisti Tünzalə Ağayeva yeni ilin ilk günlərində sevənlərinə müjdəni verib.
Bizim.Media xəbər verir ki, pop ulduz məşhur “Atəşim var, külüm yox” mahnısına yeni nəfəs verib.
O, mahnını fərqli janr və yeni aranjemanda təqdim edəcək.
Qeyd edək ki, sənətçi yeni layihəsinin anonsunu şəxsi “İnstagram” hesabında paylaşıb.
Sözügedən mahnının tezliklə təqdim olunacağı gözlənilir.
Bizim.Media