Azərin şikayəti rədd edildi

Azərin şikayəti rədd edildi

Hazırda oxunan: Azərin şikayəti rədd edildi

227815

“TikTok” əməliyyatı ilə həbs edilən aparıcı Azər Zahid və digərləri həbs qərarından narazıdır.

Bizim.Media “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində əvvəlcə A.Zahidin şikayətinə baxılıb.
 

Qumar oyunlarının təşkili və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan aparıcı barəsindəki qərarın ləğv edilərək sərbəst buraxılmasını istəyib.


Amma yuxarı instansiya məhkəməsi aparıcının dediklərini əsaslı hesab etməyib, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın 4 aylıq həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

Eyni gündə narkotik cinayəti ilə əlaqədar saxlanılan digər tiktokçuların da şikayətinə baxılıb.

“Magerramoff” adı ilə tanınan Əmrah Məhərrəmovun və Nuh Məmmədovun hüquqlarını vəkil Yusif Seyfəlov müdafiə edir. Vəkil deyib ki, müvəkkilləri barəsindəki həbs qərarından verilmiş apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib.

Saxlanılan şəxslər müxtəlif cinayətətlərdə təqsirləndirilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO