Xoşqədəm Hidayətqızına məhkəmədən daha bir QADAĞA

Xoşqədəm Hidayətqızına məhkəmədən daha bir QADAĞA

Hazırda oxunan: Xoşqədəm Hidayətqızına məhkəmədən daha bir QADAĞA

225862

Teleaparıcı Xoşqədəm Hidayətqızı və "ARB Media Qrup"a daha bir qadağa qoyulub.

Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.
 

Belə ki, Babayeva Sevər Kamaləddin qızı məhkəməyə şikayətində "ARB" TV-də yayımlanan "Səni axtarıram" verilişində mərhum həyat yoldaşı Babayev Orxan Qəribxan oğlunun qəsdlə öldürülməsi haqqında əsassız efir müzakirələrin aparıldığını bildirib.


S.Babayeva əlavə edib ki, həmin müzakirələr zamanı onu həyat yoldaşının ölümündə, habelə pul oğurlamaqda qərəzli şəkildə ittiham ediblər, o cümlədən ona və həyat yoldaşına aid olan fotoları nümayiş etdiriblər.

Qeyd edək ki, Orxan Babayev 4 mart 2024-cü il tarixdə “Bakı Beynəlxalq Dəniz Ticarət” Limanının ərazisində saxladığı yük avtomobilinin kabinəsində narkotik vasitədən istifadə zamanı zəhərlənərək vəfat edib.

Faktla Qaradağ rayon prokurorluğunda aparılan araşdırma nəticəsində müəyyən edilib ki, O.Babayevin ölümü kənar şəxsin qəsdi və ya ehtiyatsızlığı olmadan baş verib.

S.Babayeva şikayətində bildirib ki, keçmiş qaynanası Babayeva Tacı Yadulla qızı 30 mart 2024-cü il tarixdə Astara RPŞ-nə şikayət ərizəsi ilə müraciət edərək onu evlərində olan seyfdən 5000 manat və 5000 ABŞ dolları götürməkdə, habelə yoldaşını öldürməkdə dair ittiham edib:

"23 avqust 2024-cü il tarixində polis əməkdaşları Astara RPŞ-də toplanmış materialı araşdıraraq “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərar qəbul ediblər.

Qaynanam bundan sonra məhkəməyə də şikayət edib. Məhkəmə də şikayətləri əsassız hesab edib.

Daha sonra isə "ARB" TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib. Verilişin aparıcısı Xoşqədəm Baxşəliyeva mənə zəng vuraraq həyat yoldaşımın ölümündə, eləcə də pul oğurlamaqda ittiham olunduğumu bildirərək mənə canlı efirə gəlməyi təklif edib.

1 noyabr 2024-cü il tarixdə Xoşqədəm Baxşəliyeva ilə efirdən kənar şəraitdə görüşdüm. Görüş zamanı şəxsimə yönəlmiş ittihamlarla bağlı qəbul edilmiş rədd xarakterli qərarları şəxsən ona təqdim etdim. Bütün bunlara baxmayaraq, Xoşqədəm Hidayətqızı 5 noyabr 2024-cü il tarixdə qaynanamı canlı efirə buraxaraq qeyd olunan ittihamların efir vasitəsilə səsləndirilməsinə, bununla da kütləvi şəkildə şərəf və ləyaqətimin ləkələnməsinə izləyici reytinqi xatirinə şərait yaradıb", - deyə şikayətçi vurğulayıb.

Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən iclasda Babayeva Sevər Kamaləddin qızının mərhum həyat yoldaşı Babayev Orxan Qəribxan oğlunun ölümü haqqında müzakirələrin aparılması “ARB” TV-yə və “Səni axtarıram” verilişinin aparıcısı Baxşəliyeva Xoşqədəm Hidayət qızına və Babayeva Tacı Yadulla qızına qadağan edilib.

Xatırladaq ki, Xoşqədəm Hidayətqızına bir neçə gün əvvəl də başqa bir efir müzakirəsi ilə bağlı qadağa qoyulmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO