"Artıq yaşamaq istəmirəm"

"Artıq yaşamaq istəmirəm"

Hazırda oxunan: "Artıq yaşamaq istəmirəm"

225019

Qanunsuz mərc oynama ittihamı ilə həbs edilən müğənni Sərdar Ortaç ev dustaqlığı zamanı yaşadığı çətinliklərdən danışıb.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, verilişlərin birində qonaq olan sənətçi yaşadığı stressdən sol qolunda problem yarandığını bildirib:

“Evdə qandallı gəzərkən stressdən sol qolumda problem yarandı. Xəstəliyimə görə sol ayağımda onsuz da problem var idi, yeriməkdə çətinlik çəkirdim, amma buna baxmayaraq, yenə səhnəyə çıxıb konsertlər verirdim. Qumar bəlası başıma gəldi və cəzalandırıldım".

Yaşadığı çətinliklərə görə tükənən Ortaç dərin hüznlə bunları deyib:

“Artıq ölmək istəyirəm. İllərdir səhnələrdə konsertlər verirəm, insanları əyləndirirəm. Amma televizoru açıram, illərdir bacı-qardaş dediyim adamlar məni təhqir edirlər. Hamı mənim "yıxılmağımı" gözləyirdi? Mən artıq yaşamaq istəmirəm. Doğurdan da sabah səhər ölmək istəyirəm."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO