“Özünüzü pis aparsanız, dördüncü övladı dünyaya gətirəcəyəm” - VİDEO

“Özünüzü pis aparsanız, dördüncü övladı dünyaya gətirəcəyəm” - VİDEO

Hazırda oxunan: “Özünüzü pis aparsanız, dördüncü övladı dünyaya gətirəcəyəm” - VİDEO

222868

“Demək olar ki, evdə tək yaşayıram. İkinci qızım Əminəni köçürtməmişəm. Onun özünün ayrı evi var. O hələ nişanlanmayıb. Əminənin nişanlanması baş tutmayıb. Amma inşallah olacaq.

Hələ heç nə... Birinci qızım Mədinənin üç uşağı var”.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərli qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Sənətçi iki qızı Mədinə və Əminə, eyni zamanda üç nəvəsindən söz açıb:

“Qızım Mədinənin iki qız və bir oğlan övladı var. Nəvəm Melisa artıq məktəbə gedir. Onun kiçik bacısına “Emoş” deyirik. Qızım bacısının adını ikinci qızına qoyub. Yəni adı Əminədir. İstəyib qoyub. Bəlkədə onlar bizi indi izləyirlər. Nəvələrim məni efirdə görəndə üçü də gəlib televizoru öpüb deyirlər ki, nənə çıxda oradan. Ad məsələsində mənim üçün heç fərqi yoxdur.

Onlar lap mənim qudalarımın adlarını öz övladlarına qoysunlar. Bunu etsəydilər mən çox sevinərdim.

Qızım övladlarına ad seçib, qoyanda qarışmadım. Onlar özləri yəni qızım və onun həyat yoldaşı seçim etdilər. Onlara deyirəm ki, daha bəstir artıq üç nəvəm var. Hərdən mənə deyir ki, özünüzü pis aparsanız, dördüncü övladı da dünyaya gətirəcəyəm”.

Qeyd edək ki, A.Ələsgərlinin qızı Mədinə ailə qurduqdan sonra İsveçə köçüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO