Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu dələduzluğa məruz qalıb. Belə ki, onlayn məhsul sifariş edən meyxnaçı işbazların fırldağı ilə üzləşib.
Bizim.Media xəbər verir ki, bu barədə o, özü instaqram səhifəsində paylaşım edib. N. Qaraçuxurlu, səhifəni şikayət etmək üçün izləyicilərə müraciət edib:
“Bu, səhifə guya mal sifarişiylə məşğuldur. Eslində isə işi dələduzluqdur. Mal sifariş verirsən, pul kartına oturur və adam yoxa çıxır. Azərbaycanda bu səhifənin qurbanı olan, içi mən qarışıq çox insanlar var. Başqalarının da zərər görməməsi üçün birləşib bu səhifəni şikayət edib bağlatdırmaq lazımdır. Ümid edirəm ki, bu dələduzun dərsini verə biləcəyik”.
Bizim.Media