Səidə illərdir küsülü olduğu Brilliant Dadaşovayla barışıb?

Səidə illərdir küsülü olduğu Brilliant Dadaşovayla barışıb?

Hazırda oxunan: Səidə illərdir küsülü olduğu Brilliant Dadaşovayla barışıb?

222599

Müğənni Səidə Dadaşova xalq artisti Brilliant Dadaşovadan söz açıb.

Bizim.Media milli.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində danışıb.

O , məclislərin birində Səidənin xalaları Brilliant və İradə Dadaşova bacıları ilə birgə mahnı ifa etmələrini açıqlayıb.

Verilişin aparıcısı Mətanət Əliverdiyevanın "Nə yaxşı bir yerdəsiniz?" sualına Səidə belə cavab verib:

"Burada nə var ki? Bu normal haldır. Biz bir yerdə bir səhnəni də bölüşə bilərik. Siz bizi hər yerdə görə bilərsiniz. Bu məclis Brilliant xanımın təşəbbüsü ilə keçirildi. Ona söyləyiblər ki, biz Səidə xanımı da bu məclisdə iştirak etməsini istəyirik.

Mənə dedilər ki, belə bir məclis var, mən də gəldim. Dedim ki, eşq olsun səhnəmizin Brilliantına. Yaxşı ki, bizim səhnəmizin brilliant səsli ifaçımız var. Yaxşı ki, bizimsiniz, çünki Brilliant Dadaşova olduğu yerdə sənət, musiqi, məktəb və dünya var.

Əlbəttə ki, onunla "maç-maç, quç-quç" oldu. Niyə də olmasın? Deyirlər ki, xala ana əvəzi, yarısıdır. Heç kim buna təəccüblənməsin, hələ səhnə də heç təəccüblənməsin. Mənim üçün şərəf və fəxrdir ki, bu cür sənətkarla səhnəmizin Brilliantı ilə bir səhnəni bölüşmək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO